Maaşı necə müzakirə etmək olar?
Maaş danışığı qorxulu deyil — bazar məlumatı + düzgün vaxt + sakit ton kifayətdir.
Bazarı öyrənin
VAKA-da oxşar vakansiyaların vilkasına baxın: pərakəndədə Bakıda satıcı üçün adətən 500–900 AZN aralığıdır (mağaza və təcrübədən asılı). Öz rəqəminizi bu aralığa söykəyin.
Nə vaxt danışmaq
- İlk dəqiqələrdə yox. Əvvəl işəgötürən sizin dəyərinizi görsün.
- İşəgötürən özü soruşanda — hazır olun. VAKA-da vilka elə vakansiyada göstərilir: buna istinad edin.
Necə demək
- Aralıq deyin, tək rəqəm yox: «700–800 arası düşünürəm».
- Əsaslandırın: təcrübə, kassa bilgisi, dil, qrafikə uyğunluq.
- Aşağı təklifdə «yox» deməzdən əvvəl soruşun: sınaqdan sonra artım varmı? Bonus sistemi necədir?
Nəyi etməməli
- Yalan keçmiş maaş deməyin — yoxlanılır.
- Ultimatum verməyin. «Düşünmək üçün 1 gün istəyirəm» demək tamamilə normaldır.